www.zauri.azeriblog.com
Xoş gəlmişsiniz
Çində dinozavrların yeni növü
Yazar: Zaur Tarix: Fevral 14, 2008 23:25
Çində dinozavrların yeni növü aşkar edilib
Alimlər Çinin şimal-şərqində dinozavrların ən kiçiyi olan pteradaktilin yeni növünü aşkar ediblər. Bu dişsiz predaktilin qanadının uzunluğu 250 mm olub. Ona Nemicolopterus crypticus adı verilib.
Pteradaktillər uçan qədim canlılar kimi bilinir və onların qalıqlarına sahil bölgələrində rast gəlmək mümkündür. Bu canlılara Çinin Liyaninq əyaləti ərazisində də rast gəlinib. Sözü gedən canlının yaşadığı 120 milyon il əvvəl burada meşəlik olduğu bildirilib. Aşkarlanan canlı indiyə qədər bilinən ən kiçik uçan canlı olduğundan onun bala olduğu hesab edilir. Bu canlının beyninin tam inkişaf etməməsi onun bala olduğunu göstərsə də, sümüklərin sonluqlarının inkişaf etmiş olması bunun əksini sübut edib. Canlının həşəratlarla qidalandığı güman olunur.
... Maraqli | Şərhlər(1) | 105 bax?? |


menim en sevdiyim heyvan dinozavirdir
dinozavrlar haqqinda yeni seyler isteyirem
Fevral 14, 2008 23:33