
Elnur Hüseyinov Eurovision 2008 yarışmasında Azərbaycanı təmsil edəcək.
Ətraflı xəbərin davamında
2 fevral Bakı şəhəri Heydər Əliyev adına İdman Konsert Kompleksində Azərbaycanın ilk dəfə olaraq "Eurovision 2008" Mahnı Müsabiqəsində iştirakı üçün Milli seçimin "Land of Fire" adlı final şousu keçirildi. Şounun ən önəmli və yadda qalan məqamlarından biri müxtəlif illərdə Eurovision müsabiqəsində iştirak edən, �Eurovision 2003�-ün qalibi Sertab Erener, �Eurovision 2004�-ün qalibi Ruslana, və �Eurovision 2007� -nin qalibi Mariya Şerifoviçin çıxış etməsı idi. "Land of Fire" şousunda 3 finalist Aynur Iskenderli Elnur Guseynov və tanınmış "Unformal" (rok qrup) Azərbaycanı Evrovisionda təmsil etmək üçün mübarizə aparırdı.
Şouda Elnur Hüseynov qalib gələrək Serbiyanın paytaxtı Belgrad şəhərində keçirilən "Evrovision 2008" müsabiqəsində Azərbaycanı Təmsil etmək şansını əldə etdi.
Azərbaycan Serbiya şəhərində keçirilən ilk semi-finalda May ayının 20 si iştirak edəcək.
Gəlin Elnur Hüseynova bu müsabiqədə uğurlar arzuıayaq. Inanırıq ki Elnur Hüseynov "Evrovision 2008" - də Azərbaycanı adımıza layiq təmsil edəcək.

